NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb

NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb

13.08.2019

23:53

NATO-nun “F-18” qırıcısı Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində Rusiya müdafiə naziri Sergey Şoyqu və nümayəndə heyəti olan təyyarəyə yaxınlaşmağa çalışıb. TASS-ın verdiyi xəbərə görə, NATO qırıcısı rusiyalı müdafiə nazirinin təyyarəsini müşaiyət edən Rusiyaya məxsus “SU-27” təyyarələri tərəfində uzaqlaşdırılıb.Rusiya müdafiə nazirini aparan təyyarənin Kalininqraddan Moskvaya uçduğu bildirilir.

Zümrüd Paşkin

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email