Nazənin imkansız ailələrə 5 min pul verdi

Nazənin imkansız ailələrə 5 min pul verdi

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Tanınmış müğənni Nazənin ehtiyacı olan ailələrə maddi yardım göstərib.

Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan ifaçı bunun üçün ayırdığı 5 min manatı aparıcı Zaur Baxşəliyevə təqdim edib:

“Mən hər zaman Zaur Baxşəliyevə inanmışam, onun yanında olmuşam. Onsuz da 100 nəfərdən çox adama yardım etmişəm. Amma düşündüm ki, doğulduğum Astara rayonunun insanları məndən inciyəcək. Ona görə də orada ehtiyacı olan ailələrə yardım edilməsini istəyirəm. İndi 5 min manat pul verirəm. Onun 2500 manatı Bakıda, 2500 manatı isə Astarada imkansız ailələrə xərclənəcək”.

Nazənin bildirib ki, sosial şəbəkədə yardımla bağlı ona çox mesajlar gəlir:

“Balalarımızın boğazından kəsib yardım edirik. Bu bizim vicdan borcumuzdur. Mənə sosial şəbəkədə yazırlar, onlara cavab vermiriksə, söyürlər, qarğış edirlər. Bu çıxdığımız yolda bizi peşman edirsiz. Artıq telefonumu özüm işlətmirəm”.