Nazirlikdən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərə dəstək

Nazirlikdən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərə dəstək

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərin və peşə kurslarının müdavimlərinin sosial müdafiəsini təmin etmək məqsədilə də müvafiq addım atılıb.

Nazirlər Kabinetinin yeni Qərarında 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin verilməsinin xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməsi tapşırılıb.




Qərara əsasən, bu sosial müdafiə tədbiri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir. Onlara verilən təqaüdün (250 manat) ödənişi də xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

Share