Neftin qiyməti ucuzlaşıb

21.01.2020 Off By admin

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar geriləyərək 64,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar ucuzlaşaraq 58,27 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 68,32 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Share