Niderlandda koronavirus səbəbiylə milyonlarla lalə məhv edildi

Niderlandda koronavirus səbəbiylə milyonlarla lalə məhv edildi

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cari ilin mart ayında Niderlandda 140 milyon lalə məhv edilib. Buna səbəb koronavirus pandemiyası ilə əlaqədar güllərə tələbatın azalması olub.

Trend-in məlumatına görə, ailə təsərrüfatının direktoru Frank Vittenboqaard 200 min lalənin məhv edilməsi məcburiyyətində qaldığını söyləyib.

“Bu il çox keyfiyyətli lalələrimiz oldu. Çiçəklərin necə məhv edildiyini seyr edə bilmədim, velosipedimə mindim və ayrıldım”, – F.Vittenboqaard deyib.

“Royal FloraHolland” şirkətinin beynəlxalq satış meneceri Fred van Tollun sözlərinə görə, son bir ay ərzində Niderlandda 400 milyon çiçək məhv edilib. “Bu virus lalə satışlarına ciddi ziyan vurdu. Gəlir keçən illin eyni dövrü ilə müqayisədə 50 faiz aşağı oldu”, – F.Toll vurğulayıb.

Lalə mövsümü ümumiyyətlə mart ayında başlayır və təxminən səkkiz həftə davam edir. Bu güllərin satışından gündəlik orta gəlir 30 milyon dollardır.

Share