
Nobel prospektində “Mercedes” vuran piyada öldü
14.12.2019Xətai rayonunun ərazisində — Nobel prospektində yolu keçən paytaxt sakini Yalçın Adilov Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.