Novak ikiillik OPEK+ razılaşmasını bazar üçün effektiv adlandırıb

Novak ikiillik OPEK+ razılaşmasını bazar üçün effektiv adlandırıb

11.04.2020 Off By admin

Bakı. Trend:

OPEK+ ölkələri yeni ikiillik razılaşmanın müddətini həm azalda, həm də uzada bilərlər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak “Rossiya-24” telekanalının efirində deyib.

A.Novak bildirib: “Bizim bu müddəti uzatmaq imkanımız olacaq. Bazarda vəziyyətin sürətli bərpa olunacağı təqdirdə biz bazarın bərpa edilməsi üzrə tədbirləri daha qısa müddətdə başa vurmaq üzrə qərar qəbul edə bilərik”.

Onun sözlərinə görə, OPEK+ ölkələri yeni razılşmanın müddəti üzrə üç variantı müzakirə ediblər: “Bir, iki və üç il. Biz ikiillik müddət üzrə razılaşdıq”.

Share