Novruz bayramı ilə əlaqədar teledərslərə fasilə veriləcək

18.03.2020 Выкл. Автор admin

Martın 19-da teledərslərin keçiriləcəyi son gün olacaq. Belə ki, dərslərə Novruz bayramı ilə əlaqədar fasilə veriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Bayramdan sonra peşə təhsili müəssisələrində təhsilalanlar üçün də teledərslər nümayiş olunacaq.

Share