Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

16.03.2020 Выкл. Автор admin

İsmayıllıda rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin birgə təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar bir qrup şəhid ailəsi ziyarət olunub, onlara bayram sovqatları çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi hər kəsdə məmnunluq yaradır, ölkə başçısına, onun apardığı uğurlu siyasətə inam və etibarı daha da gücləndirir.

Görüşdə həyat yoldaşını itirən Sevda Məmmədova, şəhid anaları Güllü Məmmədova, Fatma Əliyeva və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əminliklə söyləyiblər ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal olunmuş Azərbaycan torpaqları düşmən tapdağından azad ediləcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.

 

Share