Nyu-Yorkda ölüm nisbəti martın 26-da qeydə alınan səviyyəyə enib

Nyu-Yorkda ölüm nisbəti martın 26-da qeydə alınan səviyyəyə enib

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Nyu-York ştatında son 24 saat ərzində koronavirusdan 139 nəfər ölüb, bir gün əvvəl isə dünyasını dəyişənlərin sayı 157 idi.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin, eləcə də süni tənəffüs cihazına qoşulanların sayı azalmaqda davam edir: “Şənbə günü 374 nəfər xəstəxanaya yerləşdirilib. Yoluxmanın ən ağır dönəmində isə hər gün 3 mindən çox insan xəstəxanalara müraciət edirdi”.

Kuomo əlavə edib ki, sutkalıq ölüm nisbəti martın 26-da qeydə alınan səviyyəyə qədər azalıb.

 

Share