Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Nəqliyyat infrastrukturunu inkişaf etdirməklə ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin ən vacib şərtlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açıq dənizə çıxışı olmayan Azərbaycan bu gün nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 16 il ərzində nəqliyyat sektorunda mühüm layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

2019-cu ilin həm də TANAP qaz kəmərinin istismara verilməsi ilə əlamətdar olduğunu söyləyən Baş Nazir deyib ki, Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi tarixində mühüm nailiyyətlərdən biri kimi qeyd edilməlidir. Bu dəhlizin sonuncu layihəsi olan TAP icra olunmaqdadır.

Share