Ordumuzdan növbəti QƏLƏBƏ – Düşmən mövqeləri nəzarətə götürüldü

Ordumuzdan növbəti QƏLƏBƏ – Düşmən mövqeləri nəzarətə götürüldü

14.08.2019

1:11

Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan Ordusunun həyata keçirdiyi təxribatlara cavab olaraq Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ciddi tədbirlər həyata keçirilir. 

“Azeri Defence”nin məlumatına görə, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək, sərhəd döyüş məntəqələrini bir sira istiqamətlərində daha irəli çəkməyə nail olublar. Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub.

Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email