Ötən ay 40 min tonadək neft məhsulları ixrac edilib

Ötən ay 40 min tonadək neft məhsulları ixrac edilib

19.02.2021 Выкл. Автор admin

Yanvar ayında ölkədən 39,3 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları — tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 14,3 milyon ABŞ dollarından çox olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq ayında Azərbaycandan 59,3 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 28,1 milyon dollar olmuşdu.

«Hakimiyyet.com»

Share