Ötən il dünyada elektromobillərin satışı 10% artıb

17.02.2020 Выкл. Автор admin

Ötən il dünyada satılan elektrik avtomobillərinin sayı açıqlanıb.

«APA-Economics»in «EV-volumes.com» portalına istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünyada 2,21 mln. elektrik nəqliyyat vasitəsi satılıb ki, bu da 2018-ci illə müqayisədə 10% çoxdur. Elektromobillər ümumi avtomobil bazarındakı payını 2,1%-dən 2,5%-ə yüksəldə bilib.

Ötən il ən çox «Tesla» (367 820 ədəd), BYD (229 506 ədəd) və BAIS (160 251 ədəd) elektromobilləri satılıb. 2019-cu ilin ən populyar elektromobillər sırasına həmçinin SAIC, BMW, «Volkswagen», «Nissan», «Geely», «Hyundai» və «Toyota» şirkətlərinin istehsal etdiyi elektrik nəqliyyat vasitələri də daxil olub.