Ötən il ölkə üzrə 4 məcburi əmək faktı müəyyənləşib

Ötən il ölkə üzrə 4 məcburi əmək faktı müəyyənləşib

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov deyib. 

O bildirib ki, aparılan araşdırmalarda bu faktlar üzrə 6 qurbandan 5-in Rusiyada tikinti sahəsində istismar edildiyi, 1 azyaşlının respublikada məcburi dilənçiliyə məruz qalması müəyyənləşib.

Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

 

Share