Özbəkistanda 20 milyon dollara teleserial çəkiləcək

Özbəkistanda 20 milyon dollara teleserial çəkiləcək

08.10.2019

11:49

Gələn il Özbəkistanda “Sultana” adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır. Sonra isə ikinci mövsümün büdcəsi tutulacaq və o da təxminən bu qədər olacaq.

“Özbəkturizm” Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə “Star Media” şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı, tanınmış Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.

Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların əksəriyyəti Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email