Özbəkistanda parlament seçkiləri keçiriləcək

Özbəkistanda parlament seçkiləri keçiriləcək

29.08.2019

8:25

Dekabrın 22-də Özbəkistanda parlament seçkiləri, həmçinin vilayət, şəhər və rayon sovetlərinə seçkilər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı jurnalistlərə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov açıqlayıb. O bildirib ki, seçkilər proporsional sistem üzrə keçiriləcək. Bu böyük siyasi kampaniyada Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya iştirak edəcək.

Xatırladaq ki, hazırda Özbəkistanda “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq-Demokratik Partiyası, Liberal-Demokratik Partiyası, “Ədalət” Sosial-Demokratik Partiyası və Ekologiya Partiyası fəaliyyət göstərir.

Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həmin partiyaların liderləri ilə görüşüb, parlament seçkiləri müzakirə olunub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email