Özbəkistanlı ekspert: Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir

Özbəkistanlı ekspert: Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir.

Bunu Trend-ə özbəkistanlı ekspert Oleq Qolişnikov deyib.

O bildirib ki, bir çox ölkələr kimi Azərbaycan da koronavirusun ölkədə yayılmaması üçün fəal mübarizə aparır:

“Azərbaycan hökumətinin gördüyü preventiv təhlükəsizlik tədbirləri sayəsində COVID-19-un yayılma dinamikası digər ölkələrlə müqayisədə çox azdır. Ölkədə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah fəaliyyət göstərir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb. Futbol üzrə Avropa çempionatının matçları, Formula 1 Azərbaycan Qran prisi və digər tədbirlər başqa tarixə keçirilib. Bu baxımdan, Azərbaycan tərəfinin təşəbbüsü ilə Türk Şurasının növbədənkənar zirvə görüşünün keçirilməsi Bakının koronavirus pandemiyasına ciddi yanaşmasını, bu istiqamətdə Şura üzvləri ilə fəaliyyətin əlaqələndirilməsi niyyətini təsdiq edir”.

Ekspertin sözlərinə görə, aprelin 10-da videokonfrans formatında keçirilmiş Türk Şurasının növbədənkənar sammiti üzv ölkələrin koronavirus pandemiyası ilə birgə mübarizəyə hazırlığı və marağını nümayiş etdirdi:

Share