Pandemiya dövründə 672 Rusiya vətəndaşı quru yolla Azərbaycandan ölkəsinə qayıdıb

Pandemiya dövründə 672 Rusiya vətəndaşı quru yolla Azərbaycandan ölkəsinə qayıdıb

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“120 Azərbaycan vətəndaşı Dağıstandakı sərhəd-keçid məntəqəsindən keçərək Rusiyadan Azərbaycana qayıdıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mayın 18-də isə 140 Rusiya vətəndaşı Azərbaycandan Bakı-Moskva aviareysi ilə vətənə qayıdıb: “Ümumilikdə pandemiya dövründə Azərbaycandan quru yolla Rusiyaya qayıdan vətəndaşlarımızın sayı isə 672 nəfərdir”.

Share