Pandemiya dövründə qanunsuz ov halları azalıb

Pandemiya dövründə qanunsuz ov halları azalıb

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Karantinin ətraf mühitə müsbət təsiri var. Bəzi ölkələrdə isə əksinə tendensiya da müşahidə olunur. Məsələn, bəzi ölkələrdə qanunsuz ov hallarının artmasına rast gəlinir. Təbiəti mühafizə işçiləri işə çıxmadıqlarına görə qanunsuz ova imkan yaranır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

H. Əlizadə deyib ki, Azərbaycanda isə müəyyən icazə verilmiş hədd sayında işçilər funksiyalarını yerinə yetirdiyindən nəzarət həyata keçirilib: “Pandemiya dövründə qanunsuz ovla bağlı da azalma olub”.

Share