Paşinyan Əliyevlə görüşə hazır olduğunu bildirib

Paşinyan Əliyevlə görüşə hazır olduğunu bildirib

03.10.2021 Off By admin

Bunu Ermənistanın Baş naziri Litvada erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib.

“İyul ayında mən yüksək və ən yüksək səviyyədə görüşməyə hazır olduğumuzu bildirdim. İndi Azərbaycan Prezidenti ilə görüşməyə hazır olduğumu bəyan edirəm ”, – deyə Paşinyan vurğulayıb.

Mina sahələrinin xəritələrinə gəlincə, Paşinyana görə, erməni tərəfi Bakıya onlarda olan xəritələri verib.

“Əlimizdə olan bütün xəritələri özümlə aparmağa hazıram və Azərbaycan Prezidentindən bütün əsirlərimizi də götürməsini xahiş edirəm”, – deyə baş nazir qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər Ermənistanın Qarabağdakı mina sahələrinin dəqiq xəritələrini təqdim edəcəyi təqdirdə adekvat cavab veriləcəyini vəd etmişdi./ Konkret.az

 “HAKİMİYYET.com”

Share