
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkum saxlanılıb
05.12.2019Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.
Oğurluqları törətməkdə şübhəli bilinən şəxs 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.