Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

11.02.2020 Off By admin

Fevralın 4-də saat 21 radələrində paytaxt ərazisində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 1988-ci il təvəllüdlü qadının qoluna toxunmaqla yerə saldığı və içərisində 390 manat pul, sənədləri və digər əşyaları olan əl çantasını talamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Bəhruz Muradov keçirilən təxirəsalınmaz tədbirlərlə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxsin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Share