Paytaxtın bu ərazilərində qaz təchizatı dayandırılıb

Paytaxtın bu ərazilərində qaz təchizatı dayandırılıb

28.08.2019

10:41

Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bəzi tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email