«Pegasus Airlines» İzmir-Bakı aviareysinin açılışını təxirə salıb

04.03.2020 Выкл. Автор admin

Türkiyənin «Pegasus Airlines» aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb.

«APA-Economics»in aviaşirkətin saytına istinadən xəbər verir ki, bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuş aprelin 2-nə keçirilib. Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək.

Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Share