Rəsmi “El Peruano” “Qara Yanvarın 30 illiyinin anımı” adlı məqalə dərc edib

27.01.2020 Off By admin

20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş məqalədə müasir Azərbaycanın ən faciəli və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yaddaşımızda qalmış qanlı yanvar hadisələrindən bəhs edilir. Öz hüququnu tələb edən, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı yönəlmiş keçmiş SSRİ rəhbərliyinin dəhşətli, qəsdən düşünülmüş və planlaşdırılmış zorakılıq aktı barədə məlumat verilir.

Bu qanlı hadisələrin təşkilatçılarının əsas məqsədlərindən biri azadlığa və suverenliyə demokratik yolla nail olmaq istəyən, ədalətli tələblərini irəli sürən Azərbaycan xalqının iradəsini qırmaq və müstəqillik arzularını tanklar altında əzmək istəyi olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, məqalədə, 20 Yanvar faciəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğu, sovet imperiyasının təzyiqlərinə və digər çətinliklərə baxmayaraq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini davam etdiyi və nəticədə 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.

Sonda “Qara Yanvar” faciəsi zamani Vətən uğrunda həlak olmuş igid oğul və qızların dəfn edildiyi Şəhidlər xiyabanının xalqımız üçün azadlıq, müstəqillik uğrunda sarsılmaz iradənin, mübarizənin və milli birliyin rəmzi kimi müqəddəs bir məkana çevrildiyi, gələcək nəsillər üçün daima qürur hissi doğuracağı xüsusi olaraq qeyd edilir.

AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton 

Share