Prezident İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

04.03.2020 Выкл. Автор admin

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Share