PSJ 55 il

PSJ 55 il

20.08.2019

8:31

PSJ Fransa Liqasında 55 illik rekordu təkrarlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, 2-ci turda “Renn”lə görüşdə qeydə alınıb. Paris təsmilçisi 1:2 hesabı ilə uduzsa da, ölkə çempionatında ardıcıl 40-cı oyununda meydanı qolsuz tərk etməyib.

Daha əvvəl bu göstəriciyə 1964-cü ildə “Rasinq” nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi. PSJ növbəti turda “Tuluza”ya qarşı matçda da qol vursa, bu göstəricidəki rekordu təzələyəcək.

Qeyd edək ki, PSJ – “Tuluza” matçı avqustun 25-də keçiriləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email