Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüş öncəsi Rusiya TŞ-nin üzvləriylə iclas keçirib

Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüş öncəsi Rusiya TŞ-nin üzvləriylə iclas keçirib

10.01.2021 Off By admin

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.