Putin özünün və Medvedevin maaşını artırdı

Putin özünün və Medvedevin maaşını artırdı

08.10.2019

11:19

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və hökumət başçısının əmək haqqının qaldırılması barədə sərəncam imzalayıb.

RİA Novosti” xəbər verir ki, sərəncama əsasən 2019-cu il oktaybrın 1-dən prezident və baş nazirin maaşları 4,3% artacaq.

Sosial zəmanəti təmin etmək üçün əmək haqqları indeksləşdiriləcək.

Həmin sərəncamla eyni artım müdafiə nazirinin, daxili işlər nazirinin, Federal Təhlükəsizlik Xidmətinin rəisinin və bir sıra digər məsul şəxslərin maaşlarına da şamil olunacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email