Putin ukraynalı və iranlı həmkarına başsağlığı verib

08.01.2020 Выкл. Автор admin

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya məxsus sərnişin daşıyan təyyarənin qəzaya uğraması ilə əlaqədar ukraynalı həmkarı Vladimr Zelenskiyə başsağlığı məktubu göndərib.

Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirib.

Rusiya lideri sözügedən qəza ilə bağlı İran Prezidenti Həsən Ruhaniyə də başsağlığı teleqramı ünvanlayıb.

Qeyd edək ki, bu gün Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 180 sərnişin həlak olub. Ölənlərin əksəriyyəti İran vətəndaşlarıdır.