Putin və Ərdoğan İdlibdə gərginliyin azalmasından məmnundurlar

12.03.2020 Выкл. Автор admin

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Vladimir Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı martın 5-də Rusiya-Türkiyə zirvə görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

“İdlibdəki deeskalasiya zonasında gərginliyin azalması məmnuniyyətlə qeyd olunub. Atəşkəs rejiminin dayanıqlılığını təmin etmək məqsədi ilə Rusiya və Türkiyə Müdafiə nazirliklərinin xətti ilə birgə məhsuldar işin davam etdirilməsinin vacibliyi təsdiq olunub. Şəxsi təmaslar daxil olmaqla müxtəlif səviyyəli müntəzəm dialoqların bundan sonra da dəstəklənməsi razılaşdırılıb”, — deyə məlumatda qeyd olunub.

Share