Qədir Hüseynov gənc şahmatçılar üçün seans oyun keçirəcək

Qədir Hüseynov gənc şahmatçılar üçün seans oyun keçirəcək

10.10.2019

16:03

Milli komandamızın üzvü, dördqat Avropa çempionu Qədir Hüseynov gənc şahmatçılarla seans oyun keçirəcək.

Tədbir oktyabrın 11-də Respublika Şahmat Klubunda keçiriləcək. Seansda 50-dək gənc şahmatçının iştirakı planlaşdırılıb. Sevindirici haldır ki, son vaxtlar qrossmeysterlərimizin uşaqlara seans verməsi artıq ənənə halına çevrilir. Belə tədbirlərin keçirilməsi Azərbaycanda gənc şahmatçıların daha da yaxşı inkişaf etməsinə xidmət edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email