Qənirə Paşayevadan gənc qızlara çağırış

Qənirə Paşayevadan gənc qızlara çağırış

02.04.2019

0:27

Millət vəkili Qənirə Paşayeva gənc qızlara çağırış edib.

Millət vəkili videosu yayılan qızlarla bağlı xəbərə biganə qalımayıb. O, şəxsi “facebook” hesabında yazıb: “Lüt qızların bütün sosial şəbəkələrdə yayılmış videosu və məlumatları böyük üzüntü və ağrı içində izlədim, oxudum və bunu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır. Hüquq-mühafizə orqanları ciddi araşdırma aparır və inanırıq ki, cəmiyyəti ciddi narahat edən bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Bu videonu çəkən və yayanlar həm də ictimai qınaq cəzasını ciddi almalıdırlar. Bu videonu çəkənlər, yayanlar bizim millətin övladı ola bilməz deyirəm öz içimdə. Vətən üçün canını verən oğulların ruhu inciyir belələrinin varlığından.

Gənc qızlara isə çağırış edərək diqqətli olun, öz həyatınızla bağlı demək istəyirəm. Doğru yaşamağa çalışın, gənc yaşda özünüzü bu cür uçuruma atmayın demək istəyirəm. Ailələrə isə böyüyən övladlarımıza daha ciddi diqqət və nəzarət etməliyik çağırışını səsləndirmək istəyirəm. Cəmiyyətimizə, hamımıza isə bu məsələlərlə bağlı daha dərindən düşünməyi…”.

P.S. Biz də Qənirə xanımın dediklərinə qoşulur, belə ana əmcəyi kəsənləri doğrayıb kücəyə səpməyi istərdik. Əfsuslar olsun ki, qanun buna icazə vermir. Bu qızları da ciddi cəzalandırmaq lazımdır. Onların hansı nəslə, ailəyə məxsus olması açıqlanmalıdır. Bütün tayfa onlara görə, böyütdükləri əxlaqsız övladlara görə xəcalət çəkməlidir, başqalarına da dərs olmalıdır ki, onların rahat yaşaması üçün canlarından keçən Vətən oğullarının ruhu şad olsun.

“Hakimiyyət”

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email