Qadın güləşçilərimiz Bolqarıstana yollanıblar

Qadın güləşçilərimiz Bolqarıstana yollanıblar

03.05.2021 Выкл. Автор admin

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyası xəbər verir ki, yarışda çıxış edəcək qadınlardan ibarət yığmamız mayın 3-də Bolqarıstana yollanıb.

Sonuncu lisenziya turnirində ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər. Yarışın proqramına əsasən, qadın güləşçilər mayın 7-8-də mübarizə aparacaqlar.

Xatırladaq ki, güləşin bu növündə yeganə lisenziyamızı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.

«Hakimiyyet.com»

Share