Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Braziliya yığması ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Braziliya yığması ilə qarşılaşıb

03.08.2019

10:41

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, 24 yığma komandanın çıxış etdiyi turnirdə Azərbaycan millisi “D” qrupunda Braziliya, Dominikan Respublikası və Kamerun ilə birgə yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları Braziliyanın Uberlandiya şəhərində təşkil olunub.

Komandamız növbəti görüşündə Braziliya ilə qarşılaşıb.

Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz ilk qarşılaşmada Dominikan Respublikasına məğlub olub – 0:3.

“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparır.

“A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edir. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçirilir.

Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email