Qar yağacaq, yollar buz bağlayacaq
09.02.2020Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.
Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.