Qaradağda “Mercedes” yoldan çıxıb aşdı, yaralı var

03.02.2020 Off By admin

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Xocahəsən qəsəbəsində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişin Zöhrab Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı 1 sayli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share