Qatarların Abşeron dairəvi dəmir yolu xəttində mayın 28-nə olan hərəkət qrafiki açıqlanıb

Qatarların Abşeron dairəvi dəmir yolu xəttində mayın 28-nə olan hərəkət qrafiki açıqlanıb

27.05.2021 Off By admin

Mayın 28-də Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

“Azərbaycan Dəmir Yolları” QSC həmin gün hər iki xətt üzrə hərəkətdə olacaq qatarları açıqlayıb.

Belə ki, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli, Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli qatarlar fəaliyyət göstərəcək. Bakı-Xırdalan-Sumqayıt xətti üzrə isə Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli, Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli qatarlar hərəkətdə olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

“Hakimiyyet.com”

 

Share