Qax rayonunun meşə zolağında yanğın başlayıb

Qax rayonunun meşə zolağında yanğın başlayıb

27.08.2019

18:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb və söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email