Qaxda iki həftə əvvəl qəzada xəsarət alan şəxs ölüb

11.03.2020 Выкл. Автор admin

Qaxda iki həftə əvvəl yol-nəqliyyat hadisəsində xəsarət almış şəxs xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Kamaləddin oğlu Mənəfov Bakı şəhərində müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, fevral ayının 26-da Zaqatala-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində  Şahin Mənəfovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Qax rayon sakininin idarə etdiyi “Ford” markalı minik avtomobili toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahin Mənəfova Qax rayon Mərkəzi Xəstəxanasında yardım edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Share