Qazax sakinini qətlə yetirən şəxs tutulub

Qazax sakinini qətlə yetirən şəxs tutulub

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qazaxda 34 yaşlı kişini öldürən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, qətli törədən şəxs 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdüləhməd oğludur.

Qazax rayon Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub.

***

12:17

Qazaxda 34 yaşlı kişi qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisə rayonda yerləşən stadionun yaxınlığında qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Zaur Hüseynova bıçaq xəsarətləri yetirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin kim tərəfindən törədildiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.