Qazaxda baş verən qəzada 2 nəfər xəsarət alıb

Qazaxda baş verən qəzada 2 nəfər xəsarət alıb

17.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı avtomobillərin birində olan sərnişinlər 1956-cı il təvəllüdlü Qəhrəmanova Şəfiqə Kərim qızı və 1966-cı  il təvəllüdlü Qəhrəmanova Cəmilə Kərim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Share