Qazaxıstanda fövqəladə vəziyyətin vaxtı uzadılacaq

Qazaxıstanda fövqəladə vəziyyətin vaxtı uzadılacaq

10.04.2020 Off By admin

Qazaxıstanda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyətin müddəti uzadılır.

APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidentinin ofisi məlumat yayıb.

Bildirilib ki, fövqəladə vəziyyətin müddəti aprelin sonuna qədər uzadılacaq, lakin bəzi müəssisələrin yenidən öz işini bərpa etməsinə icazə veriləcək.

Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət aprelin 1-də elan olunub, fövqəladə vəziyyəti müddət aprelin 15-də bitir.

Share