
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb
10.01.2021Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə və yerli təmsilçilik orqanlarına seçkilər başa çatıb.
APA-nın xəbərinə görə, yerli vaxtla saat 21.00-da bütün ölkə ərazisində səsvermə yekunlaşıb.
Saat 20.00-a seçici fəallığı 63,1 faiz təşkil edib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərdə yekun seçici fəallığı ilə bağlı ilkin məlumatı saat 22.00-dan sonra dərc edəcək. Seçkinin ilkin nəticələri barədə məlumat isə yanvarın 11-də açıqlanacaq.