Qırğızıstan və Özbəkistanın sərhəddində münaqişə baş verib
07.01.2020Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstanın Cəlalabad vilayətinin Ala-Buka rayonu, Kok-Taş kəndi yaxınlığında Özbəkistan hərbçilərinin iştirakı ilə insident qeydə alınıb.
İki qırğızın dövlət sərhədinin şərti xətti yaxınlığında mal-qara otladığı məlum olub. Özbəkistan hərbçiləri mal-qaranı dağıtmağa başlayıb. Yaranan insidenti eşitdikdən sonra digər kənd sakinləri hadisə yerinə gəlib. Kənd sakinləri ilə özbək hərbiçiləri arasında qarşıdurma olub. Özbək hərbçiləri havaya xəbərdarlıq atəşləri açıblar.
Çon-Sai kəndinin başçısı Oskon Rustomov hadisəni təsdiqləyib. Münaqişənin həlli üçün xırda mal-qaranın qaytarılması məsələsi də daxil olmaqla, iki ölkənin sərhəd nümayəndələrinin görüşü keçirilir.
Qeyd edək ki, Kok-Taş Özbəkistanın Namanqan vilayətinin Çust və Pap rayonları ilə həmsərhəddir.
Rəsmi məlumatlara görə, Qırğızıstanın Cəlalabad vilayətinin Ala-Bukinski rayonunda dövlət sərhədinin qeyd olunmamış dörd hissəsi var.