Qırğızıstanın “goldenbridgenews.com” portalı AZƏRTAC-ın materiallarını yayıb

13.02.2020 Off By admin

Qırğızıstanın “goldenbridgenews.com” portalı AZƏRTAC-ın “Əl-Əxbar” qəzetinin redaktoru: AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsüdür”, “Pakistanlı jurnalistlər: AZƏRTAC-ın xəbərlərindən daim geniş istifadə edirik” və “Pakistanın mötəbər beyin mərkəzi AZƏRTAC ilə tərəfdaşlıq etmək istəyir” sərlövhəli materiallarını rus dilində yayıb.

Materiallarda Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Azərbaycanda parlament seçkilərinin gedişini işıqlandırmaq üçün ölkəmizə səfər edən Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup jurnalist, Pakistandan Azərbaycana gələn bir sıra media qurumlarının təmsilçiləri, bu ölkənin Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə AZƏRTAC-da keçirdiyi görüşlər haqqında ətraflı məlumat verilib.

Məqalələrdə bildirilib ki, görüşlərdə AZƏRTAC ilə bu qurumlar arasında əməkdaşlığın yaradılması və inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Share