Sabiq Prezident oktyabrın 26-dək həbsdə qalacaq

Sabiq Prezident oktyabrın 26-dək həbsdə qalacaq

20.08.2019

14:25

Bu gün Bişkekin Birmay məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə keçmiş Prezidentin vəkili Sergey Slesarev məlumat verib. O deyib ki, sabiq Prezident qanunsuz olaraq həbs edilib və Azmazbek Atambayevin azad edilməsi ilə bağlı yuxarı instansiyalara müraciət ediləcək.

Xatırladırıq ki, sabiq Prezident avqustun 8-dən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi ixtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email