Qubaya qar yağdı – FOTO

Qubaya qar yağdı – FOTO

22.09.2019

11:20

Qubanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq və Qırız kəndlərinə qar yağmağa başlayıb.

Kənd sakinləri bildirib ki, gecə saatlarında yağan qarın hündürlüyü bir neçə sm olub.

Qırız kəndinə 2 sm, Xınalıqda isə qarın hündürlüyü 3 sm-ə çatıb.

Temperatur -1 dərəcəyədək aşağı düşüb.

Yağan qar heç bir problem yaratmayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email