Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Bayramov və Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Share